"Bavariya" Keynlə yeni müqavilə imzalamaq niyyətindədir

"Bavariya" ingiltərəli forvard Harri Keynlə yeni müqavilə imzalamaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Kicker" nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun Münhen klubu ilə hazırki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, H.Keyn cari mövsüm meydana çıxdığı 40 matçda 48 qol, 5 asistlə yadda qalıb.