“Bavariya” klubuna şad xəbər

“Bavariya”nın gənc ulduzu Camal Musiala ağır zədədən sonra ilk dəfə yaşıl meydanlara geri dönüb.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu 4 ay əvvəl FIFA Klublararası Dünya Kubokunda PSJ ilə keçirilən dörddəbir final matçında ayaq biləyini sındıraraq uzun müddət meydanlardan uzaq qalmışdı.

Həmin qarşılaşmanın ilk hissəsinin son dəqiqələrində PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşan Musialanın sol ayaq biləyində sınıq qeydə alınmışdı.