"Bavariya" Komanın transferi ilə bağlı "Əl-Hilal"la razılığa gəlib

"Bavariya" cinah oyunçusu Kinqsli Komanın transferi üçün "Əl-Hilal"la anlaşıb.

Sportline.az xəbər verir ki, bu barədə nüfuzlu L'Equipe nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, fransalı futbolçunun özü hələ Səudiyyə klubu ilə müqavilənin şərtlərini razılaşdırmayıb.

Bildirilir ki, Koman ona İngiltərədə gələcək təklifləri gözəyir. Premyer Liqada oynamaq- oyunçunun arzusudur. 
 
Qeyd edək ki, "Bavariya"nın yeni baş məşqçisi Vinsent Kompani 28 yaşlı oyunçunu heyətdə düşünmür.