"Bavariya" "Mançester Yunayted"dən 50 milyon avro tələb edir

Bundesliqa komandalarından 'Bavariya" müdafiəçi De Lixt üçün "Mançester Yunayted"dən tələb etdiyi məbləği açıqlayıb.

Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, tərəflər futbolçunun keçidi ilə bağlı razılığa gəliblər.

Münxen klubu bu transfer üçün 50 milyon avro məbləğində israr edir.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi ötən mövsüm Almaniya klubunun heyətində 30 oyunda 2 qol və 1 məhsular ötürmə ilə yadda qalıb.

Futbolçunun hazırki müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Transfermarkt portalında niderlandlı oyunçunun dəyəri 65 milyon avrodur.