"Bavariya" Niko Uilyamsı transfer etməkdə israrlıdır
"Bavariya" "Atletik Bilbao"nun ispaniyalı futbolçusu Niko Uilyamsı transfer etməkdə israrlıdır.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu futbolçuya illik 12 milyon avro maaş təklif edib.
22 yaşlı futbolçunun transfer qiyməti 65 milyon avrodur. O, bu mövsüm meydana çıxdığı 45 matçda 11 qol 7 asistlə yadda qalıb.
Qeyd edək ki, "Barselona"da Niko Uilyasmı transfer etmək niyyətindədir.