"Bavariya" Noyerlə yola davam edəcək

"Bavariya" almaniyalı qapıçısı Manuel Noyerlə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, Münhen təmsilçisi 40 yaşlı kiperə 1 illik yeni sözləşmə təklif edib.

Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Qeyd edək ki, Noyerin hazırki müqaviləsi yayda başa çatacaq.