"Bavariya" Olise ilə bağlı qərar verdi
“Bavariya” yay transfer pəncərəsində hücumçu Maykl Olisenin mümkün gedişi ilə bağlı mövqeyini sərtləşdirib.
Sportline.az xəbər verir ki, Almaniya nəhəngi fransalı futbolçunun satışa çıxarılmadığını bəyan edib. Bununla belə, Oliseyə olan böyük marağın vəziyyəti dəyişə biləcəyi də istisna edilmir. Məlumata görə, “Bavariya” rəhbərliyi futbolçunun transferi üçün yalnız dünya rekorduna yaxın və ya ondan yüksək məbləğdə təklifləri nəzərdən keçirə bilər.
Bu rekord isə hazırda 2017-ci ildə Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya transferidir və futbol tarixinin ən bahalı keçidi hesab olunur. Bununla belə, yekun qərarın futbolçunun öz mövqeyindən də asılı olacağı bildirilir.
Qeyd edək ki, “Real Madrid”in Maykl Olisenin xidmətində maraqlı olduğu bildirilir.