"Bavariya" Osimhenlə maraqlanır
Almaniya nəhəngi "Bavariya" heyətdə mümkün dəyişikliklərə hazırlaşır.
Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi hücumçu Harri Keynin gələcəyi ilə bağlı bütün ssenariləri nəzərdən keçirir.
"Bavariya"nın forvardı Harri Keynin Münhendə müqaviləsi 2027-ci ilə qədər davam etsə də, Avropanın aparıcı klubları və Səudiyyə Ərəbistanı təmsilçilərinin futbolçunun durumunu izlədiyi bildirilir.
Klubun idman direktoru Maks Eberl mümkün variantlara hazır olmaq üçün alternativ plan üzərində işləyir.