"Bavariya" Palinyanı satacaq

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, Münhen klubu portuqaliyalı futbolçunu birdəfəlik satmaq istəyir.

Sözügedən oyunçu hazırda "Tottenhem"də icarə əsasında çıxış edir.

Qeyd edək ki, J.Palinya bu mövsüm meydana çıxdığı 38 oyunda 5 qol, 3 asistlə yadda qalıb.