“Bavariya” – PSJ: Finala kim yüksələcək?
UEFA Çempionlar Liqasında bu gün ikinci finalçıda müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, “Bavariya” “Allianz” arenada “Paris Sen-Jermen”lə üz-üzə gələcək. Fransa keçirilən ilk oyun uzun müddət azarkeşlərin yaddaşlarından silinməyəcək. Həmin qarşılaşmada Luiz Enrikenin komandası rəqibi 5-4 hesabı ilə məğlub etmişdi.
Münhen keçirilən görüşdə meydan sahiblərində əsas itki Serji Qnabrinin adı ilə bağlıdır.
Paris təmsilçisində isə Əşrəf Hakimi komandasına kömək edə bilməyəcək. Mərakeşli sağ cinah müdafiəçisi ilk oyunda zədə almışdı.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək matçı portuqaliyalı hakim Joao Pedro Silva Pinhero idarə edəcək.