“Bavariya” Upamekanoya yeni müqavilə təklif edib

“Bavariya” fransalı mərkəz müdafiəçisi Dayo Upamekanoya yeni müqavilə təklif edib.

Sportline.az xəbər verir ki, sözləşmənin müddəti 2031-ci ilin iyun ayına qədərdir.

Bu haqda “Sky Sports Germany” məlumat yayıb.

Qeyd edək ki, son qərarı Upamekano verəcək.