"Bavariya" və "Barselona" transfer yarışına girib

"Milan"ın portuqaliyalı sol cinah vingeri Rafael Leao yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Bavariya" və "Barselona" 26 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, R.Leao cari mövsüm meydana çıxdığı 26 matçda 10 qol, 2 asistlə yadda qalıb.