"Bavariya" və "Liverpul" yarışa girib
"Kristal Pelas"ın futbolçusu Maksim Lakrois yayda komadasını dəyişəcək.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Bavariya" və "Liverpul" 25 yaşlı stopper üçün yarışa girib.
Fransa millisinin üzvü bu mövsüm meydana çıxdığı 43 matçda 3 qol, 2 asistlə yadda qalıb.
Qeyd edək ki, M.Lakroisin dəyəri 40 milyon avrodur.