"Bavariya" və "Mançester Yunayted" transfer yarışına girib
"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Plus" nəşri məlumat yayıb.
"Bavariya" və "Mançester Yunayted" sözügedən oyunçu ilə ciddi şəkildə maraqlanır.
Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 39 matçda 2 qol, 3 asistlə yadda qalıb.