"Bavariya" Virts üçün hərəkətə keçib
"Bayer"in almaniyalı futbolçusu Florian Virts karyerasını "Bavariya"da davam etdirə bilər.
Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Virts üçün "Bayer"lə görüşmələrə başlayıb.
21 yaşlı futbolçunun transfer qiyməti 140 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Virtz cari mövsüm çıxış etdiyi 37 matçda 15 qol və 13 asistlə yadda qalıb.