“Bavariya” yeni müdafiəçi axtarışına çıxıb
“Bavariya” “Borussiya Dortmund”un mərkəz müdafiəçisi Niko Şlotterberqi heyətə cəlb etmək istəyir.
Sportline.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Münhen klubu 26 yaşlı stopper üçün 50 milyon avro ödəməyə hazırdır.
Almaniya millisinin üzvünün “Dortmund”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, N.Şlotterberq hələki karyerası ilə bağlı qərar verməyib.