“Bavariya” yeni qapıçı axtarışına çıxıb

“Bavariya” “Brayton”un niderlandlı kiperi Bart Verbrüggeni transfer siyahısına əlavə edib.

Sportline.az “Sunday Mirror”a istinadən xəbər verir ki, Münhen klubunun baş məşqçisi Vinset Kompani 22 yaşlı futbolçunu komandasına gətirmək istəyir.

Qeyd edək ki, “Brayton”un rəhbərliyi Verbrüggen üçün 50 milyon avro tələb edir.