"Bavariya" Zirkzenin transferindən 21 milyon avro qazanacaq
“Bavariya” Zirkzenin “Mançester Yunayted”ə transferinə görə təxminən 21 milyon avro qazanacaq.
Sportline.az jurnalist Fabritsio Romanoya istinadla xəbər verir ki, "Bavariya" klubu müqavilə şərtlərinə əsasən "Bolonya"dan "Mançester Yunayted"ə transfer olunan Coşua Zirkzeyə görə keçid məbləğinin 50%-nə yiyələnəcək. Belə bir bənd niderlandlı hücumçunun Almaniya klubunda "Bolonya"ya trasnfer olunarkən müqaviləyə salınmışdı.
Mənbənin sözlərinə görə, britaniyalılar futbolçiu üçün 40 milyon avrodan bir qədər çox ödəyəcək, beləliklə, "Bavariya" təxminən 21 milyon avronu kassasına daxil edəcək.
Qeyd edək ki, 23 yaşlı hücumçu 2022-ci ilin yayından "Bolonya"da çıxış edir. Klubda oynadığı müddət ərzində 37 oyuna çıxan Zirkze 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.