"Bavariya"da ayrılıq gözlənilir

"Bavariya"nın futbolçusu Konrad Laymer mövsümün sonunda komandası ilə vidalaşa bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.

28 yaşlı oyunçunun dəyəri 32 milyon avrodur.

Qeyd edək ki, Laymerin Münhen klubu ilə sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.