“Bavariya”da ciddi itki
Manuel Noyer bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, ”Bavariya"nın qapıçısı Çempionlar Liqasının 1/8 finalında “Bayer Leverkuzen” ilə oyunda (3:0) Camal Musialanın qolunu qeyd edərkən zədə alıb. O, 58-ci dəqiqədə 21 yaşlı Jonas Urbiq ilə əvəzlənib.
Noyer “Bayer Leverkuzen” ilə cavab görüşü daxil olmaqla minimum 3-4 matçda komandasına kömək edə bilməyəcək.