"Bavariya"dan "Mançester Siti"yə təklif var

"Bavariya" "Mançester Siti"nin mərkəz müdafiəçisi Con Stonzu heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, Münhen klubu yayda ingiltərəli stopperi azad agent kimi transfer etməyi planlaşdırır.

Bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

Qeyd edək ki, Con Stounz cari mövsüm 13 rəsmi matçda meydanda olub.