"Bavariya"dan "Yuve"yə

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Yuventus" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, Turin klubu "Bavariya"nın futbolçusu - Duqlas Kostanı heyətinə cəlb edib.

"Tuttosport"un məlumatına görə, hücumçu tibbi müayinədən keçib. O, növbəti mövsüm icarə əsasında A Seriyasında oynayacaq. "Qoca Sinyora" növbəti mövsümün sonunda futbolçunu birdəfəlik transfer edə bilər.