"Bavariya"nı "Liverpul"a dəyişə bilər
"Bavariya"nın fransalı futbolçusu Kinqsley Koman mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" Koman üçün Münhen klubuna 45 milyon avro təklif edib.
28 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Koman bu mövsüm çıxış etdiyi 33 matçda 6 qol və 4 asistlə yadda qalıb.