"Bavariya"nın cinah oyunçusu Koman "Əl-Hilal"a keçməyə razılıq verib
"Bavariya"nın sol cinah vinqeri Kinqsli Koman "Əl-Hilal"ın təklifini qəbul edib.
Sportline.az xəbər verir ki, bu barədə L'Equipe nəşri məlumat yayıb.
Daha əvvəl klubların 28 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəldiyi bildirilmişdi.
Koman 2015-ci iildə "Yuventus"dan "Bavariya"ya keçib. O, Almaniya klubu ilə ümumillikdə çıxdığı 296 oyunda 64 qol vurub, 66 asist edib.
Qeyd edək ki, Münxen klubunun heyətində 8 dəfə Bundesliqa çempionluğu yaşayan futbolçunun hazırki müqaviləsi 2027-ci ilə qədərdir.