"Bavariya"nın qış planı

"Bavariya" yanvar ayında "Kristal Pelas"ın stopperi Mark Gehini transfer etmək istəyir.

Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, Münhen klubu oyunçunun meneceri ilə danışıqlara başlayıb.

Sözügedən oyunçunun London klubu ilə sözləşməsi gələn ilin yayında başa çatacaq.

Qeyd edək ki, Mark Gehi bu mövsüm çıxış etdiyi 18 oyunda 1 qol, 3 asist müəllifi olub.