"Bavariya"nın yeni hədəfi
"Bavariya" mərakeşli futbolçu İsmael Saibarini transfer etməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi Münhen klubuna 55 milyon avro qarşılığında transfer olunacaq.
Qeyd edək ki, İ.Saibari "Anderlext" klubunun yetirməsi sayılır.