“Bayer” Almaniyada “Olimpiakos”la qarşılaşacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilir.

Sportline.az xəbər verir ki, “Bayer” doğma meydanda “Olimpiakos”la üz-üzə gələcək. İlk oyunda Almaniya klubu rəqibi Yunanıstanda 2 cavabsız qolla üstələmişdir.

Leverkuzen təmsilçisində itkilərin sayı çoxdur. Mark Flekken, Natan Tella, Loiç Bade və Eliesse Ben Seqir zədədən əziyyət çəkir.

Yunanıstan klubunda yeganə itki Teofanis Bakoulasın adı ilə bağlıdır.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək görüşü ingiltərəli hakim Maykl Oliver idarə edəcək.