“Bayer” futbolçusunu 103 milyon avroya sata bilər

"Bayer" almaniyalı futbolçusu Florian Virtsi satmaq  qərarına gəlib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu Virtsi 103 milyon avro qarşılığında satmağa hazırdır.

"Mançester Siti", "Liverpul", "Arsenal", "Real Madrid" və "Bavariya" 21 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

O bu mövsüm çıxış etdiyi 41 matçda 15 qol 13 asist müəllifi olub.