"Bayer"də ayrılıq
"Bayer"in almaniyalı futbolçusu Conatan Ta mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az xəbər verir ki, jurnalist Nikolo Schira məlumat yayıb.
29 yaşlı müdafiəçi "Bayer"lə yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Conatan Tah cari mövsüm çıxış etdiyi 36 matçda 2 qol və 1 asistlə yadda qalıb.
O 2015-ci ildən "Bayer"in şərəfini qoruyur.