"Bayer"dən "Mançester Siti"yə doğru

"Mançester Sit"nin baş məşçisi Pep Qvardiola "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Klaudio Eçeverrini transfer edilməsini rəhbərliktən xahiş edib.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Eçeverri İngiltərə Premyer Liqasında çıxış etməyi arzulayır.

Qeyd edək ki, sözügedən oyunçunun meneceri "Mançester Siti" klubunun rəhbərliyi ilə təmas halındadır.