"Bayer"dən "Monako"ya

"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi "Bayer"in hücumçusu Kevin Follandı transfer edib. 28 yaşlı alman oyunçu ilə 4 ilik müqavilə imzalanıb.

Fransa mətbuat bu transfer üçün "Monako"nun 20 milyon avro ödədiyni yazıb.

Qeyd edək ki, Folland ötən mövsüm Leverkuzen təmsilçisi ilə Bundesliqada 27 matçda 10 qol vurub.