“Bayer”dən “Real”a doğru

“Bayer”in hücum xəttində çıxış edən Kristian Kofane gələcək karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Real” kamerunlu hücumçunu heyətinə qatmaq niyyətindədir. Bu barədə “Sky Sports” telekanalı xəbər yayıb.

Almaniya təmsilçisi futbolçunun transfer dəyərini artıq müəyyənləşdirib. Leverkuzen klubu 19 yaşlı forvard üçün 50 milyon avro tələb edir.