Bekhem görünüşü ilə şoka saldı

Sosial şəbəkədə İngiltərə futbolunun əfsanəsi Devid Bekhemə aid maraqlı şəkil paylaşılıb.

Sportline.az xəbər verir ki, bu şəkli məşhur “ForForTour” jurnalı hələ 1998-ci ildə dərc edib. Həmin vaxt nəşr yarızarafat, yarıciddi belə bir proqnoz irəli sürüb ki, Bekhem 2020-ci ildə məhz bu şəkildəki kimi görünəcək: saçı bir xeyli tökülmüş və ağarmış, bir neçə dişi də yox.

Amma bugünkü həyatda Bekhem xarici görkəmi ilə həmin proqnozu tamamilə alt-üst edir.