Bekhem İngiltərədə klub alır

Devid Bekhem İngiltərədə klub sahibi ola bilər.

Sportline.az xəbər verir ki, söhbət "Brentford"dan gedir.

Bu haqda klubun baş məşqçisi Tomas Frank maraqlı açıqlama verib.

"Əgər Bekhem bura gələndə özü ilə Messini də gətirsə, çox xoşbəxt olaram. Təəssüf ki, bütün bunlar hələ ki şaiyədən başqa bir şey deyil", - deyə Frank jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, Bekhem ABŞ-nin "İnter Mayami" klubuun sahibidir.