Bellingem "Mançester Yunayted"ə transfer ola bilər

"Borussiya Dortmund"un futbolçusu Cob Bellingem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Mançester Yunayted" 20 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

İngiltərə U-21 millisinin üzvü bu mövsüm meydana çıxdığı 44 matçda 4 asistlə yadda qalıb.

Qeyd edək ki, C.Bellingem dəyəri 30 milyon avrodur.