Bellingem Qvardyolanın sözünü yerə salıb
"Mançester Siti" Cud Bellingemə görə "Borussiya"ya "Real"dan daha çox pul təklif etmiş imiş.
Sportline.az xəbər verir ki, bu haqda Cadena Ser nəşri məlumat yayıb.
Keçidin baş tutmamasının səbəbi isə futbolçunun istəyi ilə bağlıdır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola gənc ulduzu 3 saat ərzində dilə tutsa da, transferə razılığını ala bilməyib.
Bellingem onun üçün İspaniya variantının daha əlverişli olduğunu səbəb göstərərək təklifdən imtina edib.