"Bencamin Batton kimiyəm"

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç özünü məşhur film qəhrəmanı Bencamin Buttona bənzədib.

Sportline.az xəbər verir ki, o, "Football İtalia"ya müsahibəsində bununla bağlı deyib: "İnsanlar deyirlər ki, qocalmışam, yorulmuşam, amma sadəcə yeni qızışıram. Mən Bencamin Button kimiyəm, yalnız gəncəm, heç vaxt qocalmıram.

Düşünürəm ki, "Milan"da hamının düzgün təfəkkürü var. Bilirəm ki, A Seriyasında bir şans olduqda, onu dəyərləndirməlisən. Bu fürsətdən istifadə etməlisən".

Qeyd edək ki, yanvarda "Milan"a qayıdan 39 yaşlı forvardın A Seriyasında 17 oyuna 9-cu qol vurub.