"Benfika"da ayrılıq
"Benfika"nın yunanıstanlı hücumçusu Vengelis Pavlidis mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Now"a istinadən xəbər verir ki, "Barselona", "Atletiko Madrid", "Çelsi" və "Nyukasl Yunayted" Pavlidisi transfer etmək istəyən klubların siyahısında yer alır.
26 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub. O bu mövsüm çıxış etdiyi 46 matçda 24 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Pavlidisin "Benfika" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.