"Benfika"nın oyununda təsirli anlar
Portuqaliya çempionatının 24-cü turunun “Benfika” – “Vitoriya” görüşündə (3:0) təsirli anlar yaşanıb.
Sportline.az xəbər verir ki, matçın 61-ci dəqiqəsində “Benfika”nın futbolçusu Roman Yaremçuk meydana daxil olarkən göz yaşlarına hakim ola bilməyib.
26 yaşlı hücumçu meydana çıxarkən minlərlə azarkeş “Ukrayna” şüarı səsləndirib. Onlar Ukraynaya dəstək pankartları açıblar. Bu isə Yaremçuku təsirləndirib.