"Benfika"nın yeni baş məşqçisi bəlli olub
Roger Şmit ilə yollarını ayıran "Benfika" baş məşqçi postuna Bruno Lageni gətirib.
Sportline.az A Bola-ya istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Lage açıqlamasında: "Biz azarkeşləri geri qaytaran cəlbedici futbol oynamaq istəyirik", - deyib.
Daha əvvəl də (2018-2020) Lissabon klubunda çalışan mütəxəssis 2019-cu ildə komanda ilə Liqa çempionu olub.
Qeyd edək ki, o, son olaraq "Botafoqo" klubunu çalışdırıb.