Benzemadan Makrona rədd cavabı
Fransa millisinin hücumçusu Kərim Benzema ölkə Prezidenti Emmanuel Makronun dünya çempionatının finalını birlikdə izləmək təklifini rədd edib.
Sportline.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Makron zədə səbəbindən turniri buraxan hücumçuya prezident təyyarəsi ilə Qətərə getməyi və onunla birlikdə oyunu izlməyi təklif etsə də, Benzema bu dəvəti qəbul etməyib.
Xatırladaq ki, "Real"ın forvardı DÇ-2022-nin başlamasına bir neçə gün qalmış zədələnib və turnirdə iştirak edə bilməyəcəyi açıqlanıb. Baş məşqçi Didye Deşam milliyə onu əvəzləyəcək futbolçu çağırmayıb. Buna görə də hücumçunun adı Fransa millisinin heyətindən çıxarılmayıb. Onun zədəsini sağaltdığı və Argentina ilə bu gün keçiriləcək final matçında oynamaq ehtimalının olduğu haqda xəbərlər yayılıb.