Benzemanın "Qızıl top" arzusu

"Real"ın hücumçusu Kərim Benzema "Qızıl top" haqda fikirlərini bölüşüb.

Sportline.az Goal.com-a istinadən xəbər verir ki, Benzema uşaq yaşlarından sözügedən mükafat barədə düşündüyünü gizlətməyib:

"Əlbəttə, uşaqlıqdan həmişə bu mükafat barədə düşünmüşəm. Amma bu, o demək deyil ki, "Qızıl top" ağlımı başımdan alır. Sadəcə, futbolçusansa və yüksək səviyyədə rəqabətədavamlı birisənsə, təbii ki, "Qızıl top" barədə düşünməlisən.

Heç vaxt özümü meydandakı mövqeyimi ön plana çıxararaq dəyərləndirməmişəm. "9 nömrəyəm", "10 nömrəyəm"... - adətən, belə fikirlər səsləndirmirəm. Mən, sadəcə, futbolçuyam və dünyanın ən yaxşısı olmağa çalışıram".

Daha öncə "Real"ın prezidenti Florentino Peres bu mövsüm Benzemanın "Qızıl top"a layiq olduğunu açıqlamışdı.