Berluskoni dünyasını dəyişdi
"Monsa"nın prezidenti və "Milan"ın sabiq sahibi Silvio Berluskoni dünyasını dəyişib.
Sportline.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 87 yaşlı məşhur siyasətçi və futbol adamı bu gün Milanın San-Rafael klinikasında vəfat edib.
Aprel ayında İtaliyanın sabiq baş nazirində leykemiya xəstəliyi aşkarlanmışdı.
Bir neçə həftə əvvəl ilkin müalicəni başa vuran Berluskoni ötən cümə yenidən xəstəxanaya yerləşdirilsə də həyatını xilas etmək mümkün olmayıb.