Bernardo Silva Messi ilə birgə çıxış edə bilər
"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını MLS-də davam etdirə bilər.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "İnter Mayami" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.
31 yaşlı oyunçunu "Yuventus" və "Atletiko Madrid"də transfer etmək istəyir.
Qeyd edək ki, B.Silva cari mövsüm meydana çıxdığı 39 matçda 2 qol, 5 asistlə yadda qalıb.