“Beşiktaş” “Bayer Leverkuzen”in futbolçusunu istəyir
"Beşiktaş" hücum xətti üçün "Bayer"in futbolçusunu istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" Patrik Şikin transferində maraqlıdırlar.
Cenk Tosunla yolları ayırmaq istəyən İstanbul klubu Patrik Şik üçün tələb olunan məbləği ödəməyə hazlr olduğunu bildirib.
Qeyd edək ki, "Bayer Leverkuzen" rəsmiləri məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.