"Beşiktaş" dayandı, "Mançester Yunayted" yoluna davam edir

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, bundan sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

Türkiyə təmsilçisi - "Beşiktaş" doğma meydanda "Lion"la üz-üzə gələcək. İlk oyunda qələbəni əldən verən "qara qartal", ən azı, bir cavabsız qolla qalib gəlməlidir.

Yarışın favoritlərindən - "Mançester Yunayted" isə "Anderlext"i qəbul edəcək. Səfərdə qollu bərabərlik əldə edən "qırmızı şeytanlar"a cavab matçında qolsuz heç-heçə də kifayətdir.

Gecənin afişası belədir:


20 aprel 2017
Avropa Liqası, 1/4 final (Cavab oyunları)

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) - 2:1
QOLLAR:
Talişka, 27 (1:0); Lakazett, 35 (1:1); Talişka, 58 (2:1)
PENALTİLƏR: 6:7

Baş hakim: Milorad Maziç (Serbiya)
İstanbul. “Vodafon Arena”
İlk oyun – 1:2

“Genk” (Belçika) – “Selta” (İspaniya) - 1:1
QOLLAR:
Sisti, 63 (0:1); Trossard, 67 (1:1)

Baş hakim: Villiam Kollum (Şotlandiya)
Genk. “Luminus Arena”
İlk oyun – 2:3

“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) - 2:1
QOLLAR:
Mxitaryan, 10 (1:0); Hanni, 32 (1:1); Reşford, 101 (2:1)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:1

“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) - 3:2
QOLLAR:
Qoretska, 53 (1:0); Burqştaller, 56 (2:0); Kaliquri, 101 (3:0); Virqever, 111 (3:1); Amen Yunis, 120 (3:2)

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Gelzenkirhen. “Veltins Arena”
İlk oyun – 0:2

Bu nəticələrdən sonra "Lion", "Mançester Yunayted", "Ayaks" və "Selta" yarımfinala adlayıb.