"Beşiktaş" misirli oyunçu transfer edib

"Beşiktaş"ın kişilərdən ibarət həndbol komandası misirli oyunçu Xalid Validi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı Valid hücumçu mövqeyində çıxış edir.

Qeyd edək ki, həndbol üzrə Türkiyə çempionatının son qalibi "Beşiktaş" klubu olub.