"Beşiktaş" rusiyalı bombardiri transfer etmək istəyir
"Beşiktaş" heyyəti rusiyalı hücumçu ilə gücləndirməyə hazırlaşır.
Sportline.az Türkiyə və Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Fyodor Smolovdan gedir. İstanbullular "Evertona" yollanan Cenk Tosunun gedişindən sonra yaranan boşluğu rusiyalı bombardirlə doldurmaq niyyətindədirlər.
Qeyd edək ki, 27 yaşlı futbolçu 2015-ci ildən "Krasnodar"ın şərəfini qoruyur.