"Beşiktaş" seneqallı ulduzu heyətinə qatmağa yaxındır
"Beşiktaş" Sadio Manenin transferi üçün "Əl-Nəssr" ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, bu barədə Beinsports.com saytı məlumat yayıb.
Mənbənin sözlərinə görə klublar arasında artıq son danışıqlar gedir.
Türkiyədə oynamağa müsbət yanaşan 32 yaşlı vinqerin yaxın günlərdə rəsmi müqavilə üçün İstanbula gələcəyi bildirilir.
Qeyd edək ki, Mane ötən mövsüm Səudiyyə klubunun heyətinə 46 oyunda 19 qol vurub, 11 asist edib.