"Beşiktaş" Ukraynadan futbolçu alır

“Beşiktaş” “Şaxtyor”un 23 yaşlı futbolçusu Teteni istəyir. 

Sportline.az Fotomaç.com.tr.yə istinadla xəbər verir ki, “Qara qartal”lar gənc futbolçu üçün hərəkətə keçiblər. 

“Şaxtyor” klubunun 23 yaşlı futbolçusu müharibə şəraiti ilə əlaqədar klubdan ayrılmaq itəyir.

Qeyd edək ki, Türkiyə klubu yay transfer dönəmində alınmasa, Teteni dekabrın sonunda azad agent statusunda heyətə qatmaq niyyətindədir.